Finss.az – “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) QSC-nin Müşahidə Şurasının tərkibi dəyişib.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev qurumun Müşahidə Şurasının sədri təyin edilib.
Eyni zamanda, AZCON-un icraçı direktorunun müavini Vüqar Mirzəzadə və AZCON-un baş hüquq inzibatçısı Toğrul Quluzadə Şuranın üzvləri olaraq təyin olunublar.
© banker